"Real Madrid" klubunun daha bir É™fsanÉ™si Luka Modriçin yolu ilÉ™ gedÉ™rÉ™k karyerasını İtaliya A Seriyasında davam etdirÉ™ bilÉ™r.Â
Hakimiyyet.az xəbər verir ki, 34 yaşlı Lukas Vaskesin agentləri onu "Yuventus" klubuna təklif edib. Turin təmsilçisi müdafiə xəttinə futbolçu cəlb etmək istəyir və hazırda azad agent olan Vaskes seçimini düşünür.
Bu transferdə yeganə problem ispaniyalının 4,5 milyon avroluq əvvəlki məvacibi ola bilər. "Yuventus" qeyd olunan məbləğdən daha az ödəməyi və uzunmüddətli müqavilə bağlamağı planlaşdırır.
Xatırladaq k ki, Lukas Vaskes 18 ildən sonra "Kral klubu" ilə vidalaşıb. O, Madrid komandası ilə 402 oyuna çıxıb, 5 Çempionlar Liqası qazanıb. Ötən mövsüm La Liqada 32 matç keçirən L.Vaskes 1 qol və 5 assistə imza atıb.
Â