EN

KİV: ABŞ Almaniyadan Ukraynaya öz "Patriot" sistemlərini verməsini tələb edib

ABŞ Prezidenti Donald Tramp Almaniyadan "Patriot" komplekslərini birbaşa öz ehtiyatlarından Ukraynaya verməyi tələb edib.

APA xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti hökumət dairələrinə istinadən yazıb.

İlkin razılaşmaya görə, ABŞ Ukraynaya iki "Patriot" sistemi verməli idi, Almaniya isə Amerikanın ehtiyatlarının bərpasını maliyyələşdirəcəkdi. Lakin indi Tramp bu sistemləri ABŞ ordusunun ehtiyatlarından ayırmaq istəmir.

Nəticədə, Almaniya həm öz sistemlərini verməli, həm də ABŞ-dan yenilərini alaraq ehtiyatlarını yenidən doldurmalı olacaq.

Chosen
26
apa.az

1Sources