EN

Bakı-Naxçıvan-Bakı avtobus reysi fəaliyyətini bərpa edir

İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Senzor.az-a verilən məlumata görə, iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.

 

Qeyd edək ki, sözügedən reyslər Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən fəaliyyətini dayandırmışdı.

Chosen
30
49
senzor.az

10Sources