EN

Rusiyada WhatsApp-ın taleyi sual altındadır

Rusiyada məşhur WhatsApp messencerinin ölkə bazarından çıxarılması gündəmdədir. Bu barədə məlumatı Rusiya Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi sədrinin müavini Anton Gorelkin verib. Xəbəri Reuters agentliyi yayıb.

Gorelkin bildirib ki, Meta Platforms şirkətinə məxsus olan WhatsApp yaxın vaxtlarda qadağan olunmuş proqram təminatları siyahısına daxil edilə bilər. Onun sözlərinə görə, messencerin ölkə üçün potensial təhlükə yaratdığı hesab edilir və buna görə də xidmətin Rusiyanı tərk etməyə hazır olması vacibdir.

Deputat həmçinin əlavə edib ki, WhatsApp-ın ölkədən çıxması halında yerli dövlət tətbiqi olan MAX messenceri bazar payını əhəmiyyətli dərəcədə artıra bilər. Hazırda WhatsApp-dan Rusiyada əhalinin təxminən 68%-i gündəlik istifadə edir.

//Samir Qurbanov, Editor.az

Chosen
29
editor.az

1Sources