EN

Bakıda 39, rayonlarda 41 dərəcə isti olacaq

İyulun 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

 

Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 21-26°, gündüz 35-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-27°, gündüz 36-41°, dağlarda gecə 11-16°, gündüz isə 27-32° isti olacaq.

 

Chosen
67
49
senzor.az

10Sources