ABŞ Konqresinin Nümayəndələr Palatası rəqəmsal aktivlərlə bağlı üç qanun layihəsini qəbul edib. Metbuat.az xəbər verir ki, qanun layihəsi Nümayəndələr Palatasında 294 lehinə, 134 əleyhinə səslə qəbul edilib.Qanun layihəsi rəqəmsal aktivlər üçün qeyri-müəyyənlikləri həll etmək və sektor üçün aydın qaydalar yaratmaq məqsədi daşıyır. Qanun layihəsi həm istehlakçıları qorumaq, həm də kripto şirkətlərinin ABŞ-də fəaliyyətini asanlaşdırmaq üçün ölkədə sektorun böyüməsini təşviq etmək məqsədi daşıyır. Qanun layihəsinin qüvvəyə minməsi üçün sənəd ABŞ Prezidenti Donald Trampın imzasına təqdim edilməzdən əvvəl Senatda da qəbul edilməlidir.