Almaniyanın kansleri Fridrix Mers bildirib ki, Ukraynanın 2034-cü ilə qədər Avropa İttifaqına (Aİ) üzv olması real görünmür. Onun sözlərini Reuters agentliyi sitat gətirib.
Mersin sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlüyü yaxın illərdə baş verməyəcək və bu prosesin 2034-cü ilə qədər olan orta müddətli maliyyə planlarına təsir edəcəyi gözlənilmir.
“Bizim üçün əsas prioritet bu müharibəyə son qoymaqdır. Daha sonra Ukraynanın bərpası məsələsinə baxacağıq. Amma bu illərlə vaxt aparacaq. Çox güman ki, bu, Aİ-nin hazırkı orta müddətli maliyyə perspektivlərinə belə təsir etməyəcək”, – deyə Almaniya kansleri Rumıniya prezidenti Nikuşor Danla Berlində keçirdiyi görüşdən sonra bildirib.
//Samir Qurbanov, Editor.az