EN

Premyer Liqa klubunun 5 afrikalı ilə bağlı planı

İyulun ilk günündə təlim-məşq toplanışına start verən “Kəpəz”in düşərgəsində yeni simalar gözə dəyir.

Sportinfo.az-a verilən məlumata görə Afrika qitəsindən olan qaradərililərin sayı beş nəfərdir.

Baş məşqçi Adil Şükürovun sərəncamında olan futbolçuların hamısı gəncdir.

18-20 yaş aralığında olan afrikalılar Gəncəyə özlərini sübut etmək üçün təşrif buyurub.

Bir neçə gün məşqlərdə iştirak edən sürpriz qonaqlar baş məşqçinin etimadını qazanmağa çalışacaq. Şükürovun diqqətini çəkən olsa, 1-2 nəfərlə uzun müddətli müqavilə bağlanacaq.

Bu, baş versə, həmin futbolçu(lar) növbəti mövsümdə aşağı liqa klublarından birinə icarəyə veriləcək. Bir müddət təcrübə yığandan sonra “Kəpəz”də oynamaq imkanı yaradılacaq.

Təbii ki, baş məşqçinin tələblərinə cavab verə bilsə(lər).

HƏBİB

Chosen
5
sportinfo.az

1Sources