EN

Hakan Fidan suriyalı həmkarı ilə telefon danışığı apardı

Ajans.az HaberGlobala-a istinadən xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Hakan Fidan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə telefon danışığı aparıb. Görüş zamanı Suriyanın cənubundakı vəziyyət müzakirə edilib.

Xarici İşlər Nazirliyindən alınan məlumata görə, nazir Fidan hadisələri yaxından izlədiyini, sakitliyin bir an əvvəl bərpa olunmasını arzuladığını və bu məqsədlə töhfə verməyə hazır olduğunu bildirib. O, Türkiyənin Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinə dəstəyini vurğulayıb.

Chosen
34
28
Ajans.az

10Sources