Niderlandlı gənc ulduz Xavi Simonsa Avropadan təkliflər davam edir.
Fanat.Az xəbər verir ki, futbolçu ilə "Çelsi" və "Arsenal" yaxından maraqlanır.
Bu barədə məlumatı tanınmış imsyader Fabritzio Romano yayıb.
Rəsmi təklifin yaxın günlərdə göndəriləcəyi bildirilib.
Qeyd edək ki, Simons ötən mövsüm 33 matçda 11 qol 8 məhsuldar ötürmə ilə yadda qalıb.