Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinə yeni rəis təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət polkovniki Vüqar Qurbanov təyin olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl FHN-nin Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi seçildiyi üçün vəzifəsindən azad edilib.