EN

Yeni təlim bazasının istifadəyə veriləcəyi vaxt bilindi - “Mançester Yunayted”in

“Mançester Yunayted”in 50 milyon funt sterlinq dəyərində olan təlim bazası 4 avqustda, komandanın ABŞ-dan qayıdışı ilə istifadəyə veriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Son il ərzində futbolçular məşqlərini akademiyanın meydançalarında keçirirdi, çünki Karriqtondakı əsas bina tam təmir olunurdu.

Baza müasir tibbi mərkəz, kriokameralar, yenilənmiş idman zalı və bərpa zonası ilə təchiz olunub.

Yuxarı mərtəbədə isə istirahət zonası və bərbərxana yerləşir. Bu, ölkədə tam funksional bərbərxanası olan ilk təlim bazasıdır.

Klubun inzibati heyətinin bir hissəsi “Old Trafford”dakı ofisdən Karriqtona köçürüləcək və Karriqton əsas əməliyyat mərkəzi olaraq fəaliyyət göstərəcək.

Chosen
46
sportinfo.az

1Sources