EN

Mərt Çəlik "Sivasspor"da - rəsmi

Mərt Çəlikin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, "Səbail"dən ayrılan futbolçu karyerasını Türkiyədə davam etdirəcək. 25 yaşlı mərkəz müdafiəçisi "Sivasspor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Çəliklə imzalanan müqavilənin detalları barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, superliqanı tərk edən "Sivasspor" yeni mövsümdə Türkiyənin 1-ci liqasında çıxış edəcək.

Chosen
25
1
football-plus.az

10Sources