Saatlıda Araz çayında batan yeniyetmənin meyiti tapılıb.
Xezerxeber/az xəbər verir ki, yeniyetmə batdığı yerdən 15 metr aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib.
15:02
Saatlı rayonu ərazisində Araz çayında yeniyetmənin boğulması ilə nəticələnən hadisə baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə günorta saatlarında Araz çayının Saatlı rayonunun ərazisindən keçən hissəsində olub. Saatlı şəhər sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu Araz çayında çimərkən suda boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hazırda axtarış işləri davam etdirilir.