Bakının Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə Fəzail Bayramov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 90-HO-500 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobil 99-SS-640 "Chevrolet" avtomobili ilə toqquşub.
Hadisə nəticəsində "Chevrolet" markalı minik avtomobilinin sürücüsü xəsarət alıb.
Bizim.Media