EN

Saatlıda Araz çayında batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB - 1

Saatlıda Araz çayında batan yeniyetmənin meyiti tapılıb.

APA xəbər verir ki, yeniyetmə batdığı yerdən 15 metr aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib.

***
16:00

Saatlı rayonunda yeniyetmə Araz çayında batıb.

APA-ın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə günorta saatlarında qeydə alınıb. Saatlı şəhər sakini, 2012-ci il təvəllüdlü Kənan Ramazanlı Araz çayında çimərkən suda batıb.

Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.

***

15.02

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Chosen
4
11
apa.az

10Sources