EN

“Pozğun həyatı necə canına hopubsa...” - Kimi nəzərdə tutur?

"Bunu eşidəndə çox cavan idim, deyirdim, bu nə danışır? Aktrisada abır-həya? Nə əlaqəsi var? Təbii ki, illər keçdi, bu işin içində oldum, gördüm ki, o qadın o qədər müdrik söz deyib ki..."

Yenisabah.az Baku Tv-yə istinadla xəbər verir ki, bunu Əməkdar artist Gülşad Baxşıyeva bildirib.

O, bəzi aktrisaların təmiz qız rolunu oynaya bilməyəcəyini iddia edib: Toyuqlu pizza

"Abırsız, pozğun aktrisa bakirə qız rolunu versələr, onu oynaya bilməyəcək. Çünki içi çirkabdır, onun bütün hərəkətləri istər-istəməz səhnəyə çıxacaq. Bunun şahidi olmuşam, demirəm, hansı  teatrdır, amma bir tamaşa izləyirdim.

Bir aktrisa çıxdı səhnəyə, bilirəm ki, bu, düz adam deyil. Arxada tələbələr əyləşmişdi. Bunlar da əsəri bilirlər, baxdılar, dedilər ki, bu aktrisa elə bil səhnənin arasından bu cür gəldi, halbuki obraz təmiz, bakirə qız idi. Amma onun pozğun həyatı necə canına hopubsa, yaşadığı həyatı səhnəyə gətirib". 


Telegram kanalımız
Chosen
78
6
yenisabah.az

8Sources