EN

Bölgə klubları ev oyunlarını bu stadionlarda KEÇİRƏCƏK

Bu gün Misli Premyer Liqasında 2025/2026 mövsümünün püşkü atılıb.

Bizim.Media xəbər verir ki, stadion problemi yaşayan klubların ev oyunlarını harada keçirəcəyi dəqiqləşib.

Yevlax şəhər stadionunun ot örtüyündə aparılan işlərlə əlaqədar "Karvan" bir müddət rəqiblərini Şamaxıda qəbul edəcək. "Turan Tovuz" da eyni səbəbdən doğma meydandan uzaq qalacaq. Qərb bölgəsi təmsilçisi ev oyunlarını "Azersun Arena"da keçirəcək.

"Kəpəz" də bir müddət Gəncədə oynamayacaq. "Sarı-göylər" Qəbələ şəhər stadionundan yararlanacaq. Premyer Liqanın debütantı "İmişli" isə ev oyunlarını Qubada keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
5
2
bizim.media

3Sources