Yay təlim-məşq toplanışını Avstriyada keçirən "Qarabağ" Bakıya dönüb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün "Azersun Arena"da məşqlərini bərpa edib. Bununla bağlı klubun sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd edək ki, "Qarabağ" "Şelburn"a qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçibəsində ilk oyununu iyulun 23-də irlandiyada keçirəcək. Cavab matçı isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tuacaq.