EN

Putin və Ərdoğan Ukrayna və Suriya məsələlərini müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Bu barədə TASS agentliyi Türkiyə Prezident Administrasiyasına istinadla məlumat yayıb.

Bildirilib ki, liderlər telefon danışığı zamanı Ukraynadakı münaqişəni və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Türkiyə Prezident Administrasiyasının məlumatına görə, Ərdoğan Ankaranın Suriyada sabitliyin təmin olunmasına yönəlmiş səylərini davam etdirdiyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
20
12
editor.az

10Sources