EN

Abbas Əraqçi: Aİ ölkələrinin İrana qarşı sanksiyalar üçün mənəvi və hüquqi əsasları yoxdur

İran hesab edir ki, Aİ ölkələrinin İrana qarşı sanksiyalar tətbiq etmək üçün mənəvi və hüquqi əsasları yoxdur.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi E3 ölkələrinin xarici işlər nazirləri və Aİ diplomatiyasının rəhbəri Kaya Kallas ilə birgə telekonfransda bildirib.

“ABŞ ilə nüvə sazişi ilə bağlı danışıqların yeni raundu yalnız Vaşinqtonun ədalətli, tarazlaşdırılmış və qarşılıqlı faydalı razılaşmaya hazır olduğu təqdirdə mümkündür”, – o, “X” sosial şəbəkəsində yazıb.

İranın xarici işlər naziri deyib ki, nüvə sazişinin pozulmasına görə məsuliyyət yalnız ABŞ-nin üzərinə düşür. Onun sözlərinə görə, ABŞ 2015-ci ildə Aİ tərəfindən razılaşdırılmış sazişdən ilk çıxan və bu ilin iyun ayında danışıqlar prosesindən imtina edərək hərbi ssenarini seçən tərəfdir.

A.Əraqçi vurğulayıb ki, E3 ölkələrinin (Fransa, Almaniya, Böyük Britaniya) xarici işlər nazirləri və Kaya Kallasla birgə telekonfrans zamanı o, avropalı tərəfdaşları köhnəlmiş təzyiq və təhdid siyasətindən imtina etməyə” çağırıb və onların sanksiyalar üçün heç bir mənəvi və hüquqi əsasının olmadığını söyləyib.

Chosen
24
nocomment.az

1Sources