EN

"Zəka və qan qrupu arasında əlaqə: Əfsanə, yoxsa elm?" - alimlərdən açıqlama

 
"Əgər birinci qan qrupuna sahib deyilsinizsə, narahat olmağa dəyməz - zəka əzələ deyil, onu hər kəs məşq etdirə bilər..."
 
Son illərdə aparılan bir sıra müstəqil tədqiqatlar maraqlı bir meyli üzə çıxarıb: dahi alimlər, ixtiraçılar, filosoflar və sənət adamları arasında birinci qan qrupuna malik olanlara daha tez-tez rast gəlinir.
 
Moderator.az xəbər verir ki, bu barədə "almaty.tv" nəşri "Moskovskiy Komsomolets" qəzetinə istinadən yazıb.
 
Zəka üstünlüyünün genetik kökləri
 
Məlumata görə, genetiklər bu sahədə aparılan araşdırmalarda belə şəxslərdə zəka potensialının digər qan qrupları ilə müqayisədə daha yüksək olduğunu müşahidə edib.
 
Bu nəticələr, xüsusilə anadan ötürülən genetik amillərin intellektə təsirini öyrənən tədqiqatlarla üst-üstə düşür. Məlum olub ki, uşağın intellektual səviyyəsinin təxminən 70 faizi anadan miras qalan genlərlə müəyyən olunur. Bu zaman qadının qan qrupunun rolu xüsusi vurğulanır.
 
Belə ki, birinci qan qrupuna malik qadınların hamilə qalmaqda daha çox çətinlik çəkməsi, nəticədə yalnız ən güclü və yaşamağa uyğun embrionların sağ qalmasına gətirib çıxarır. Təbii seçmə mexanizminə bənzəyən bu proses həmin uşaqlarda daha yüksək idrak qabiliyyətlərinin formalaşmasına səbəb ola bilər.
 
Tarixi və təkamül aspekti
 
Birinci qan qrupu təkamül baxımından ən qədim hesab olunur. Bu qrupun min illər əvvəlki sərt təbii şəraitdə yaşayan insanlar arasında yarandığı güman edilir. Həmin dövrlərdə sağ qalmaq üçün yalnız fiziki güc yox, həm də çevik düşüncə və sürətli qərarvermə bacarığı zəruri olib. 
 
Alimlər hesab edir ki, bu keyfiyyətlər zamanla genetik yolla ötürülmüş və birinci qan qrupuna malik insanların yüksək zehni dayanıqlığı və stresə qarşı müqavimətində öz əksini tapıb.
 
Digər qan qruplarının üstünlükləri
 
Araşdırma yalnız birinci qan qrupuna diqqət çəkmir. Digər qan qrupları da fərqli sahələrdə üstün potensiala sahibdir:
 
Dördüncü qan qrupuna malik anaların uşaqları idman bacarıqları və fiziki hazırlıq baxımından seçilir. Bu uşaqlarda bədən tərbiyəsinə və idman növlərinə meyllilik daha güclüdür.
 
Üçüncü qan qrupu olan anaların övladlarında isə yaradıcı təxəyyül və sənətə maraq daha güclü inkişaf edir. Onlar daha çox rəssamlıq, musiqi və ya ədəbi yaradıcılıq sahəsində istedad göstərir.
 
Ətraf mühit və tərbiyə amilləri
 
Lakin alimlər bu nəticələrin şərti olduğunu və genetik meyllərin insan zəkasının formalaşmasında yeganə rol oynamadığını vurğulayır. Uşağın intellektual inkişafında həyat tərzi, təhsil səviyyəsi, ailə mühiti və sosial təsirlər böyük rol oynayır. Hətta genetik olaraq zəka potensialı yüksək olmayan bir uşaq da doğru yönləndirmə və mühitlə yüksək nəticələr göstərə bilər.
 
Qan qrupu qədər düşüncə tərzi də vacibdir
 
Bu tədqiqatlar göstərir ki, qan qrupu ilə insanın intellekti arasında müəyyən əlaqələr mövcud ola bilər. Lakin bu, taleyin hökmü və ya dəyişməz reallıq deyil. Zəka inkişafı, əslində, genlərin və mühitin qarşılıqlı təsirindən doğur. Əgər birinci qan qrupuna sahib deyilsinizsə, narahat olmağa dəyməz - zəka əzələ deyil, onu hər kəs məşq etdirə bilər.
Chosen
67
40
moderator.az

10Sources