EN

NATO Ukrayna ilə bağlı fövqəladə iclas keçirəcək

Ukraynaya hərbi dəstək üzrə NATO-nun Əlaqələndirmə Qrupu 21 iyul tarixində planlaşdırılmamış iclas keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclas fasiləsiz rejimdə və onlayn formatda, NATO-nun yeni baş katibi Mark Rüttenin iştirakı ilə baş tutacaq. Gündəlik barədə əlavə məlumat açıqlanmayıb.

Toplantı ABŞ prezidenti Donald Trampın Ukraynaya silah satışının Aİ ölkələri vasitəsilə həyata keçirilməsi ilə bağlı təklifi fonunda keçiriləcək.

Chosen
22
nocomment.az

1Sources