EN

“Mənə işıq göstər” layihəsi çərçivəsində Yevlax rayonunda maarifləndirici görüş təşkil olundu - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Bahar” İctimai Birliyi tərəfindən icra olunan “Mənə işıq göstər” layihəsi çərçivəsində növbəti görüş Yevlax Gənclər Evində baş tutub.

QHT.az xəbər verir ki, tədbirdə layihə üzrə təlim keçmiş yaşlı təlimçilər çıxış edərək, erkən nikahların yaratdığı tibbi, psixoloji və sosial fəsadlarla bağlı yerli icma ilə bilik və təcrübələrini bölüşüblər. Müxtəlif yaş qruplarını bir araya gətirən bu görüşdə auditoriya aktiv iştirak edərək təlimçilərlə qarşılıqlı fikir mübadiləsi aparıb.

Erkən nikah probleminə qarşı yaşlı nəslin yolgöstərən rolu bu layihənin əsas istiqamətidir. Yevlaxda keçirilən görüş də bu yanaşmanın real nümunəsi kimi, iştirakçıların marağı və səmimi iştirakı ilə yadda qalıb. Belə görüşlər yaşlıların səsini gücləndirərək, cəmiyyətin sağlam və şüurlu gələcəyi üçün möhkəm körpülər qurmağa xidmət edir.

Görüşün təşkilində göstərdiyi dəstəyə görə Yevlax Rayon İcra Hakimiyyətinə xüsusi təşəkkürümüzü bildiririk.

Chosen
41
3
qht.az

4Sources