EN

Rusiya MN: Ukrayna ordusu 2975 nəfərədək itki verib

Rusiya ordusunun “Mərkəz” qruplaşmasının bölmələri ötən həftə ərzində Donetsk Xalq Respublikası (DXR) və Dnepropetrovsk vilayəti ərazisində hücum əməliyyatlarını davam etdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, Donetsk Xalq Respublikasında yerləşən Nikolayevka, Mayak və Popov Yar yaşayış məntəqələri nəzarətə götürülüb.

Nazirliyin açıqlamasına görə, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin (USQ) dörd mexanikləşdirilmiş, bir hava-desant hücum, bir dağ-hücum, bir hava-desant briqadası, iki dəniz piyada briqadası, iki ərazi müdafiə briqadası və iki Milli Qvardiya briqadasına zərbələr endirib.

Bundan əlavə, Ukrayna tərəfinin 16 zirehli döyüş maşını, 33 avtomobil və 21 ədəd sahə artilleriya qurğusu itirdiyi qeyd olunub. Ümumilikdə, Rusiya tərəfi Ukrayna ordusunun təxminən 2975 hərbçisini itirdiyini iddia edir.

Chosen
91
26
nocomment.az

10Sources