Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Sabit Orucov küçəsi, 17 ünvanında qeydə alınıb.
Belə ki, yol ayrıcını düzgün keçməyən iki avtomobil toqquşub. Avtomobillərə ciddi ziyan dəyib.
Xəsarət alanlarla bağlı hələ heç bir məlumat yoxdur. (Oxu.az)
Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, həmin ərazidə tez-tez yol-nəqliyyat hadisələri qeydə alınır.
Bizim.Media