Bakı. Trend:
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlətbüdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinəhesabının milli valyutada olan vəsaitlərinin yerli banklardadepozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkiledilib.
Bu barədə Trend nazirliyə istinadən xəbər verir.
Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 500 milyon manathəcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinəgörə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28gün müddətinə, 7.25% orta çəkili faiz dərəcəsi ilə depozitəyerləşdirilib.