Deemokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə müəyyən tamamlanmayan anket məlumatları dəqiqləşdirildikdən sonra dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib.
İttihamda qeyd olunub ki, Anass Derraz BƏƏ-də şirkət rəhbəri olarkən azərbaycanlı iş adamı Fərhad Əhmədovun Dubayda həbsdə olan "Luna" adlı yaxtasına tətbiq olunan beynəlxalq sanksiyaların 6 milyon ABŞ dolları müqabilində aradan qaldırılması ilə bağlı vasitəçilik edib.
Təqsirləndirilən Anass Derraz buna görə Fransa prezidentinin Təhlükəsizlik xidmətinin rəhbəri Aleksandr Benalla ilə sövdələşərək Fərhad Əhmədovdan ayrı-ayrı vaxtlarda aldığı 600 min ABŞ dollarının 400 min dollarını ona verməklə, digər 200 min ABŞ dollarını mənimsəyib.
İstintaq materiallarından bəlli olub ki, tələb olunan 6 milyon ABŞ dolları rüşvətin yerdə qalan hissəsinin isə iş adamının həbsdə olan yaxtasına qoyulan sanksiyaların aradan qaldırılmasından sonra təhvil verilməsi nəzərdə tutulubmuş.
Növbəti proses iyulun 31-nə təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvətalma (passiv rüşvətxorluq) - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dollar dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvətalma və digər cinayət əməllərində ittiham olunurlar.
Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın "AL HILAL BANK"dakı hesabına və Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"dakı hesabına köçürüb.
A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub.
İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında "Red Notice" ("Qırmızı bülleten") ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Qərarın əsası Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.
10Sources
-
xezernews.azFransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? - Məhkəmə ( 19403605)
-
avtosfer.azFərhad Əhmədovdan buna görə 6 milyon dollar rüşvət istənilib – MƏHKƏMƏ ( 19402522)
-
demokrat.azDTX-nin həbs etdiyi fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? ( 19400656)
-
olaylar.azDTX-nin həbs etdiyi Anass Derrazın məhkəməsində ittiham aktı elan olundu ( 19399078)
-
bizim.mediaDTX-nin həbs etdiyi fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? ( 19398685)
-
qaziler.azFərhad Əhmədovdan gəmisinin həbsdən azad olunması üçün 6 milyon dollar rüşvət istənilib – MƏHKƏMƏ ( 19398316)
-
buta.tvHəbs edilən fransız iş adamı Əhmədovdan nə qədər rüşvət alıb? ( 19398139)
-
referans.azDTX-nin həbs etdiyi Anass Derrazın məhkəməsində ittiham aktı elan olundu ( 19397704)
-
hurriyyet.azHəbs edilən fransız iş adamı Əhmədovdan nə qədər rüşvət alıb? ( 19397671)
-
moderator.azDTX-nin həbs etdiyi fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? ( 19397140)