"Tələbə kartının 450 min nəfəri əhatə etməsi planlaşdırılır".Metbuat.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib. O, Fondun son dövrlərdəki fəaliyyət istiqamətlərini diqqətə çatdıraraq, xüsusilə rəsmi vebsaytın yenilənməsi, “İanə et” bölməsinin istifadəyə verilməsi, "Qarabağ təqaüd proqramı"nın təsis olunması, "TələbəPlus" kartı çərçivəsində görülən işlərlə bağlı məlumatları diqqətə çatdırıb, ümumi statistik məlumatları bölüşüb.Sədr, həmçinin Fondun yeni təşəbbüsü olan "TəhsilPlus" kartını ön plana çəkərək, hədəf qrupu, üstünlükləri, faydalarından söz açıb. Qeyd olunub ki, çoxfunksional kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur və 450 min nəfəri əhatə etməsi planlaşdırılır.Elnur Nəsibov əlavə edib ki, artıq istənilən şəxs onlayn formada təhsilə dəstək məqsədilə ianə verə bilər:İanələr Təhsilin İnkişafı Fonduna, “Gənc qızların təhsilinə dəstək” layihəsinə və "Qarabağ təqaüd proqramı"na toplanacaq."Həm fiziki, həm də hüquqi şəxslər onlayn platforma vasitəsilə ianə edə bilərlər. Donorlar ianənin məbləğini və istiqamətini seçərək TİF-ə dəstək göstərə bilərlər. Eyni zamanda ianə verənlərə xüsusi “İanə Sertifikatı” təqdim olunacaq”, -deyə o söyləyib.