EN

"Karvan" yeni mövsümdə rəqiblərini Şamaxıda qəbul edəcək

Bakı, 18 iyul, AZƏRTAC

"Karvan" komandasının Azərbaycan Premyer Liqasının yeni mövsümündə ev oyunlarını keçirəcəyi stadion bəlli olub.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov məlumat verib. Onun sözlərinə görə, Yevlax klubu rəqiblərini hələlik Şamaxı şəhər stadionunda qəbul edəcək.

Hazırda Yevlax şəhər stadionunda təmir işləri gedir.

Chosen
55
1
azertag.az

3Sources