Bakı, 18 iyul, AZƏRTAC
"Kəpəz"in Azərbaycan Premyer Liqasının yeni mövsümündə ev oyunlarını keçirəcəyi stadion bəlli olub.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov məlumat verib. Onun sözlərinə görə, Gəncə klubu rəqiblərini hələlik Qəbələ şəhər stadionunda qəbul edəcək.