EN

Moskva: "Ermənistan MDB-dən çıxmayacaq!"

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, belə bir açıqlama ilə MDB təşkilatının Baş katibi Sergey Lebedev çıxış edib. O, MBD İqtisadi Şurasının 106-cı iclasındakı çıxışında Ermənistanın MDB-ni tərk etmək istəməsi ilə bağlı heç bir siqnalın olmadığını, bu variantın istisna olduğunu söyləyib. 

Ermənistanın Baş naziri Nikol Paşinanın İrəvanın KTMT-ni tərk etməsinin mümkünlüyü və Avropa İttifaqına daxil olmaq planları ilə bağlı açıqlaması barəsində sualın cavabında Lebedev deyib: "Mən bu variantı tamamilə istisna edirəm. Ermənistanın MDB-dən çıxmağa hazırlaşmasının heç bir əlaməti belə yoxdur. Azərbaycan barəsində də eyni sözü söyləmək istəyirəm". 

Lebedev Ermənistanın KTMT-nin müxtəlif iclaslarında iştiraka davam etdiyini vurğulayıb. 

Hürr Tərcüman

 

Chosen
35
hurriyyet.az

1Sources