EN

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv və ya dizayn fərqi kimi görünsə də, əslində bu qərarın kökləri Yapon dilindəki qədim rəng təsnifatına gedib çıxır.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, tarixən yapon dilində “yaşıl” və “mavi” rənglər arasında dəqiq bir ayırd yoxdur.

 

Hər iki rəngi ifadə etmək üçün “ao” sözü işlədilib. Nəticədə, yaşıl sayılan bir çox əşyalar və anlayışlar Yaponiyada hələ də “mavi” kimi qəbul edilir. Bu dil özəlliyi yol işıqlarına da sirayət edib.


Texnologiyanın inkişafı və beynəlxalq standartların təsiri ilə Yaponiyada da yaşıl rəngdən istifadə edilməsi gözlənilsə də, ölkə bu sahədə öz milli fərqliliyini qoruyub saxlayıb. Hazırda istifadə olunan “yaşıl” işıqlar belə, mavi rəngə ən yaxın yaşıl tonlarından ibarətdir. Bu yanaşma hökumət tərəfindən də rəsmi şəkildə dəstəklənir.
Mövzu ilə bağlı danışan yol hərəkəti psixoloqları isə bildirirlər ki, mavi işığın istifadəsi yalnız dil və mədəniyyətlə bağlı deyil. Onların fikrincə, mavi rəng insanlarda sakitlik, təhlükəsizlik və diqqət hissini artırır. Əhali sıxlığının və yol hərəkəti intensivliyinin yüksək olduğu Yaponiyada bu rəng seçimi sürücülərdə panikanın qarşısını alaraq daha soyuqqanlı davranışları təşviq edir.


Mütəxəssislər hesab edir ki, bu yanaşma, xüsusilə böyük şəhərlərdə nəqliyyatın daha axıcı və təhlükəsiz şəkildə hərəkət etməsinə töhfə verir.


Bəsti Rəfizadə
Sfera.az

 

Chosen
74
40
sfera.az

10Sources