EN

"Turan Tovuz" yeni mövsümdə ev oyunlarını "Azersun Arena"da keçirəcək

Bakı, 18 iyul, AZƏRTAC

"Turan Tovuz"un Azərbaycan Premyer Liqasının yeni mövsümündə ev oyunlarını keçirəcəyi stadion bəlli olub.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov məlumat verib. Onun sözlərinə görə, Tovuz klubu rəqiblərini hələlik Suraxanıda yerləşən "Azersun Arena"da qəbul edəcək.

Qeyd edək ki, Tovuz şəhər stadionunda təmir işlərinə iyulun 20-də başlanılacaq.

Chosen
60
1
azertag.az

3Sources