EN

PFL rəsmisi: "Azarkeşləri bu mövsüm Premyer Liqada maraqlı qarşılaşmalara şahidlik edəcəklər"

Futbol azarkeşləri bu mövsüm Premyer Liqada maraqlı qarşılaşmalara şahidlik edəcəklər.

"Report" xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov deyib.

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün püşkatma mərasiminin ardından jurnalistlərə açıqlama verən futbol funksioneri yeni futbol ilində maraqlı mübarizəyə şahidlik edəcəklərini bildirib:

"Bildiyiniz kimi builki çempionatda 12 komanda qalib adı uğrunda mübarizə aparacaq. Bu mənada, azarkeşlərin maraqlı görüşlərə şahidlik edəcəklərinə inanırıq. Bu dəfəki püşkatmada yenilik etdik. Bütün media nümayəndələrinin gözü qarşısında 33 turun hər birinin təqvimu ictiamiyyətə təqdim olundu".

Chosen
80
report.az

1Sources