Ukraynanın "Şaxtyor" klubu yeni baş məşqçi Arda Turanın rəhbərliyi altında ilk dəfə məğlubiyyətlə üzləşib.

Offsideplus.az xəbər verir ki, Donetsk təmsilçisi dünən gecə Avropa Liqasının birinci təsnifat mərhələsində Finalndiyada "İlves"ə qarşı mübarizə aparıb (0:0).

"Şaxtyor" komandanın məskunlaşdığı Sloveniyaya qayıdan kimi əsas heyətə düşməkdə çətinlik çəkənlərin oyun təcrübəsini artırmaq üçün yoxlama matçı keçirilib.

Arda Turanın yetirmələri Sloveniyanın ikinci divizionunda mübarizə aparan "Triqlav" klubu ilə qarşılaşıblar.

Hərəsi 30 dəqiqədən ibarət iki hissənin sonunda "Şaxtyor" məğlubiyyətdən qaça bilməyib - 0:1.

Qeyd edək ki, Donetsk klubu Avropa Liqasının ikinci təsnifat mərhələsində gələn həftə "Beşiktaş"la qüvvəsini sınayacaq.