EN

13 yaşlı yeniyetmə Araz çayında boğulub

Saatlı rayonu ərazisində Araz çayında yeniyetmənin boğulması ilə nəticələnən hadisə baş verib.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Araz çayının Saatlı rayonunun ərazisindən keçən hissəsində olub.

Saatlı şəhər sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu Araz çayında çimərkən suda boğulub.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. 

Chosen
79
21
demokrat.az

10Sources