EN

“Nə oldu, Paşinyan?”ı oxuyan həbs olundu – SƏBƏB

Müğənni Elçin Göyçaylının həbsinin təfərrüatı məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Elçin Göyçaylı İnzibati Xətalar Məcəlləsinin 334-1-ci – nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməkdə təqsirli bilinir.

***

saat 12:20

Müğənni Elçin Göyçaylı həbs olunub.

Lent.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

Araşdırma zamanı onun sərxoş halda avtomobil idarə edərək manevr qaydalarını pozduğu müəyyənləşib. Müğənniyə 15 gün müddətinə inzibati həbs cəzası verilib.

Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnı müəllifidir. O, daha çox “Nə oldu, Paşinyan?” ifası ilə məşhurdur.

Chosen
5
42
bizimshow.az

10Sources