EN

Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”

“Sevindirici haldır ki, ildən-ilə Premyer Liqada iştirak edən komandaların sayı artmaqdadır. Bir neçə il əvvə 8 komandalı çempionatın püşkatmasını atırdıq, artıq bu gün 12 komandalı çempionatın püşkatması üçün bir araya gəlmişik.

Apasport.az xəbər verir ki, bu sözləri PFL-in texniki idman direktoru Elgiz Abbasov deyib.

"Hər birinizi təbrik edirəm. Dövrə, sxem komanda sayına görə tərtib edilir. Ötən mövsüm liqa 36 tur, 4 dövrə idi. Belə olanda hər bir komanda mövsüm ərzində bir komanda ilə 4 dəfə üz-üzə gəlirdi. Bu mövsüm 12 komandalı 3 dövrədir. Bundan əvvəl 12 komandalı çempionat keçirmişik. Həmin vaxtı “altılıq” sistemi var idi. Bu mövsüm isə 3 dövrəli çempionatın oynanılması qərarlaşdırıldı. Üçüncü dövrə püşkatma ilə olacaq, ev və səfər. Analizlər etdik. PFL-in peşəkar əməkdaşları 2 aya yaxındır ki, ictimaiyyətə və klublara bunu təqdim edək. Bu gün 2 dəfə püşk atacağıq. İlk dəfə 1-ci və 2-ci dövrənin püşkünü atacağıq. Üçüncü dövrə isə ayrıca püşklə təyin olunacaq. Bir komanda ardıcıl 2 oyundan çox ev və 2 oyundan çox səfər qarşılaşmasına çıxa bilməz. Komandaların şansı eynidir, bir komanda mövsüm ərzində 16-17 ev və eyni nisbətdə səfər oynayacaq. Sadəcə üçüncü dövrədə ev və səfər görüşü fərqli olacaq. İcraiyyə Komitəsinin qərarına əsasən ortaya çıxan məsələdir.

Bakıda dənizdə batan futbolçunun meyiti tapılıb

Elçin Məsiyev Çempionlar Liqasına təyinat alıb

Nigeriya millisinin üzvü “Karvan”da - RƏSMİ

Elmar Baxşıyev: “Hər matçda komanda özünəməxsus dəsti-xətti ilə seçilirdi”

Premyer Liqanın püşkü atılacaq

Chosen
11
1
apasport.az

2Sources