EN

Bakıya özü ilə külli miqdarda brilyant gətirdi - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

News365.az xəbər verir, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə gömrük yoxlaması keçirilən zaman monitorda şübhəli cizgilərlə müşayiət olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı həmin şəxsin çantasında olan pul qabında gömrük orqanlarına bəyan edilməyən 7 ədəd kiçik ölçülü sellofan paketlərdə 111.95 karat brilyant qaşlar aşkarlanıb.


Chosen
5
40
news365.az

10Sources