22 iyul tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinı (AYNA) məxsus 29 avtomobil hərraca çıxarılır.
Valyuta.az xəbər verir ki, avtomobillər 14 850 manat və 146 025 manat ilkin qiymətlə satışa çıxarılır.
Satışa çıxarılan avtomobillərin ən yenisi 2011-ci il istehsalı olan “Daewoo Nexia”, ən köhnəsi isə 2000-ci il istehsalı olan “Opel Omega” markalı minik maşınıdır.
Qeyd edək ki, nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
Hərraca çıxarılan avtomobillərin tam siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz:
Mayya Hüseynova