EN

“Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsi çərçivəsində Saatlıda konsert proqramı keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” adlı layihə çərçivəsində Dədə Ələsgər Ocağı İctimai Birliyi tərəfindən növbəti tədbir Saatlı rayonunda təşkil olunub.

Tədbir “Saatlı Gənclər Evi”ndə baş tutub. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbir çərçivəsində “Qərbi Azərbaycan həqiqətləri” adlı videoçarx nümayiş olunub.

Tədbirin aparıcısı, Dədə Ələsgər Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü Taleh Əliyev iştirakçılara layihə barədə qısa məlumat verib və tədbirin mahiyyətini vurğulayıb.

Konsert proqramında Əməkdar mədəniyyət işçisi, ustad aşıq Bəhmən Göyçəli, aşıq Ramin Qarayev, aşıq Təbriz Vəliyev, Dərya Mərdanzadə və aşıq İbrahim Gədəbəyli Qərbi Azərbaycan və Dədə Ələsgər ruhunu yaşadan ifalarla çıxış ediblər Öz çıxışları ilə tamaşaçılara yaddaqalan sənət axşamı yaşadıblar. Onları balabanda Əməkdar mədəniyyət işçisi Ələkbər Ələkbərov müşayiət edib. İfaçılar Qərbi Azərbaycan saz məktəbinin incə ruhunu, Dədə Ələsgər irsinin canlı nəfəsini musiqi və sözlə tamaşaçılara çatdırıblar. Aşıqların ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Layihə çərçivəsində növbəti tədbirlər Sabirabad, Bərdə və Bakı şəhərində keçiriləcəkdir.

"Cebheinfo.az" 

Chosen
16
1
cebheinfo.az

2Sources