EN

Prezident İlham Əliyev Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Bakı. Trend:

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevXocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturunbərpası sahəsində görülən işlərlə tanış olub.

Trend xəbər verir ki,dövlətimizin başçısı əvvəlcə kəndə köçən Məhəmməd Fərəcovun evinəbaş çəkib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentinxüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülən vəhəyata keçiriləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, kənddə 2025-ci ilin sonunadək ümumilikdə 197fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evintəmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə - 125nəfər yaşamaq üçün kəndə qayıdıb.

Hazırda kəndin müasir sosial infrastrukturunun qurulmasıistiqamətində işlər davam edir. Belə ki, 15,5 kilometr uzunluğunda10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırmaprosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xəttiçəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub.Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmiredilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib vəabonentlərin stasionar telefon, internet və İPTV xidmətləri iləəhatə edilməsi üçün şərait yaradılıb. 3100 metr uzunluğundakənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər vəümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətindəhazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçünnəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddə sakinlərinistirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektarərazisi olan müasir istirahət parkı yaradılıb.

Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibatiərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlıqüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrındaAzərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterrortədbirləri nəticəsində kənd işğaldan azad olunub.

Chosen
7
49
az.trend.az

6Sources