EN

Tramp “Epşteyn işi”nin açıqlanmasını tələb edib | VİDEO

AzVision.az xəbər verir ki, bu barədə özünün “Truth Social” sosial şəbəkəsindəki paylaşımında Ağ Evin rəhbəri sənədlərin məhkəmənin icazəsi ilə dərc edilməli olduğunu yazıb.

Donald Tramp baş prokurordan tələbini uşaq təcavüzü iddiaları barədə iş ətrafında“gülünc ajiotajın”yaranması ilə izah edib. Bu oyunlara görə Demokrat Partiyasını günahlandıran ABŞ prezidenti“siyasi təqiblərə”dərhal son qoymağa çağırıb. Pem Bondi də, öz növbəsində, materialların dərcinə icazə almaq üçün məhkəməyə müraciət etməyə hazır olduğunu bildirib.

Maliyyəçi Ceffri Epşteyn 2002-2005-ci illər arasında Manhettendəki evinə onlarla azyaşlı qızın ziyarətini təşkil etməkdə ittiham olunurdu. Müstəntiqlər qızlardan ən kiçiyinin 14 yaşında olduğunu müəyyənləşdiriblər. Mediada yayılan xəbərlərdə Epsteynin azyaşlı qızları şəxsi adasına apardığı da iddia edilib.

Daha sonra ABŞ maliyyəçinin işlərinə aidiyyəti olan şəxslərin siyahılarını dərc etməyə başladı. Donald Tramp isə Cefri Epşteynin işi ilə bağlı sənədlərin demokratlar tərəfindən uydurma olduğunu iddia edib.

Xatrıladaq ki, 2008-ci ildə həbs olunan Ceffri Epşteyn fahişəliyi təşkil etməklə bağlı iki ittiham üzrə təqsirini etiraf edib. 13 ay həbsdə qaldıqdansonra Epşteyn məhkəmə sövdələşməsinin bir hissəsi olaraq azadlığa buraxılıb. Həmin razılaşmaya əsasən, 16 yaşından kiçik 36 qıza öz qurbanı qismində maliyyəçi 50 mindən tutmuş 1 milyon dollara qədər təzminat ödəyib.

Lakin o, Florida və Nyu Yorkda federal uşaq alveri ittihamı ilə 2019-cu il iyulun 6-da yenidən həbs edilib və elə həmin il avqustun 10-da dustaqkamerasında ölü tapılıb. Tibbi ekspertiza onun ölümünü intihar kimi qiymətləndirib.


Sahil İsgəndərov
AzVision.az
Chosen
78
50
azvision.az

10Sources