EN

Sianda Çin-Mərkəzi Asiya Ədalətli Rəqabət Siyasəti Araşdırma İnstitutu açılıb

Yazını böyüt
Yazını kiçilt

Çin dövləti ilə Türk Dünyası arasında hərtərəfli əlaqələr gündən-günə genişlənir. Bu müstəvidə Şimal-Qərbi Çinin Şaansi əyalətinin inzibati mərkəzi olan Sian şəhərində Çin-Mərkəzi Asiya Ədalətli Rəqabət Siyasəti Araşdırma İnstitutu yaradılıb.

Hafta.az-ın yazdığına görə, institutun açılış mərasimi Şimal-Qərb Siyasi Elmlər və Hüquq Universitetində keçirilib.

Büronun rəhbəri Zhang Xiaoping çıxışında institutun yaradılmasını “Bir kəmər, bir yol” təşəbbüsünə xidmət etmək və Şaansi əyalətində açıq iqtisadiyyatın inkişafını təşviq etmək üçün əsas addım adlandırıb. Onun sözlərinə görə, institutun səmərəli fəaliyyətini təmin etmək və təsirini artırmaq üçün rəqabət siyasətinin araşdırılmasını dərinləşdirmək və Mərkəzi Asiya ölkələri ilə institusional əməkdaşlığın böyük nəticələrinin reallaşmasına yardım etmək lazımdır.

O, əlavə edib ki, Şaansi müəssisələrinin Mərkəzi Asiya bazarlarında mövqelərini gücləndirməsinə kömək etmək üçün beynəlxalq bazarlara çıxan müəssisələr üçün innovativ xidmət dəstəyi sistemi qurulacaq. Şimal-Qərb Siyasi Elmlər və Hüquq Universitetinin partiya katibi Zhao Vandonq deyib ki, institutun yaradılması ədalətli rəqabət və antiinhisar siyasətində nəzəri innovasiya və praktiki tədqiqatları dərinləşdirmək, vahid ümumÇin bazarının qurulmasını təşviq etmək üçün əlverişli imkan yaradır.

Chosen
20
hafta.az

1Sources