EN

Yüksək bal toplayan ELDAR: "Uğur qazanmaq üçün sosial şəbəkələrdən uzaq durdum"

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Belə ki, Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.3 bal toplayan Bakı şəhər 89 saylı tam orta məktəbin məzunu Mansurov Eldar Ramiz oğlu göstərib. 

Bu münasibətlə AzEdu.az yüksək bal toplayan abituriyentlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

Eldar qeyd edib ki, ümumilikdə imtahan sualları ona qane edib:

"Qəbulun I cəhdində 377.6 bal toplamışdım. Şans imtahanında iştirak edib 10 bal artırmağı bacardım. I cəhd imtahanının nəticələrini çöldə olanda xəbər tutdum. Lakin budəfəki nəticəmi öyrənəndə evdə ailə üvzlərimlə bir yerdə idim. Ona görə də ilk sevincimi valideynlərimlə bölüşdüm. 400 bal toplamaq xəyalım idi, amma yığdığım bal da az deyil. II cəhddə iştirak edib balımı qaldıracağıma ümid var idi. İmtahana hazırlaşmaq üçün repetitor yanına getmişəm.

İmtahanda düşündürücü suallar çox idi. Bütün suallar demək olar ki, DİM-in test toplusundan tərtib edilmişdi. Yəni kənar sual yox idi. Ümumilikdə imtahan sualları məni qane edirdi. Hazırda UNEC, ADA və ya BANM universitetlərinin birində təhsil almağı planlaşdırıram. Lakin hələki dəqiqləşdirməmişəm. İxtisas olaraq isə maliyyə üzrə təhsil almaq istəyirəm. 

Çox əziyyət çəkdim, şükür ki, bəhrəsini gördüm. Bu yolda həm valideynlərim, həm də müəllimlərin mənə çox dəstək olub. Yüksək nəticə göstərəcəyimdən əmin idilər. Ailədə 3 övladlardan içərisindən ən kiçiyi mənəm. Böyük bacım Bakı Dövlət universiteti (BDU), digərisi isə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil alır. Yüksək bal toplamaq istəyənlərə tövsiyəm budur ki, ilk növbədə telefondan uzaq dursunlar. Çünki ən böyük problem telefondur. Şagirdlərin məhz 80%- nin fikri sosial şəbəkələrə qarışdığı üçün təhsilləri kənarda qalır. Özüm şəxsən sosial şəbəkələrdənn uzaq durdum. Çox şükür ki, məqsədimə çatdım. 

Gələcəkdə maliyyə ixtisası üzrə xarici ölkə universitetində təhsilimi davam etdirməyi düşünürəm".

Chosen
17
azedu.az

1Sources