EN

Bayraktar TB2 PUA-ları Küveyt ordusunə təhvil verilib

BAKI, TurkicWorld

Bayraktar TB2 PUA-ları Küveyt ordusunun inventarına daxil edilib.

TurkicWorld xəbər verir ki, Türkiyə istehsalı olan Bayraktar TB2 pilotsuz uçuş aparatları 367 milyon dollarlıq müqavilə çərçivəsində Küveyt Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Cümə axşamı Küveyt şəhəri yaxınlığındakı Salem Əl-Sabah Hava Bazasında keçirilən mərasimdə Bayraktar TB2-lər ölkənin aktiv hərbi inventarına əlavə olunub. Mərasimdə Küveytin müdafiə naziri Şeyx Abdullah Əl-Əli Əl-Sabah, Hərbi Hava Qüvvələrinin yüksək rütbəli rəsmiləri və Türkiyə nümayəndələri iştirak ediblər. Küveyt rəhbərliyi pilotsuz sistemlərin hərbi hazırlığın artırılması və müasir texnologiyaların tətbiqi baxımından strateji əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Küveytin TB2-ləri əldə etməsi ötən il Türkiyənin Baykar şirkəti ilə imzalanan 367 milyon dollarlıq müqavilə əsasında mümkün olub. Küveytli pilotlar və sistem operatorları fevral ayında Türkiyədə təlim keçdikdən sonra PUA-lar rəsmi olaraq fəaliyyətə başlayıb. Bayraktar TB2 sistemləri daha əvvəl Ukrayna, Suriya, Liviya və Azərbaycan kimi bölgələrdə uğurla sınaqdan keçirilib.

Chosen
22
turkic.world

1Sources