EN

Abşeronda rayonunda silsilə tədbirlər keçirilib -Fotolar



Abşeron rayonunda Vətən Müharibəsi şəhidlərinin ailələri və qazilərlə növbəti görüş keçirilib. Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə RİH başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid Rəşad Abdullayevin həyat yoldaşı Gülnar Abdullayeva, şəhid Babək Allahverdiyevin həyat yoldaşı Aygün Allahverdiyeva, şəhid Ruslan İsmayılovun həyat yoldaşı Saniyə Əliyeva, müharibə iştirakçıları, o cümlədən şəhidlərimizin bizə əmanət qalan övladları iştirak edib.
Görüşdə RİH başçısı Abdin Fərzəliyev Azərbaycanın Vətən Müharibəsində qazandığı şanlı qələbədən söz açaraq bildirib ki, Müzəffəq Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörənliyi, siyasi iaradəsi, ordumuzun şücaəti və şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən tapdağından azad olunan Qarabağımıza yenidən həyat qayıdıb. Abdin Fərzəliyev qeyd edib ki, bu gün beynəlxalq aləmdə cərayan edən prosesləri izlədikdə Azərbaycanın nə qədər böyük qələbə qazandığını, regionun sumasını və siyasi gündəmini dəyişdiyinin bir daha şahidi olursan.
Ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələri və müharibə iştirakçılarına böyük diqqət göstərildiyini vurğulayan RİH başçısı şəhid ailələrinin qayğıları ilə maraqlanıb.
Öz növbəsində şəhid ailələri də dövlətimizim onlara göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını, həyatlarının hər bir məqamında dövlətimizi öz yanlarında hiss etdiklərini, ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonuynda da yaşayan şəhid ailələrinə mənzillərin verildiyini, sosail rifahının yüksəldilməsi istiqamətində lazimi tədbirlərin görüldüyünü qeyd edərək, bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhid ailələri və müharibə iştirakçıları işlə təmin olunmada, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində və sair sahələrdə köməklik göstərilməsini xahiş ediblər. Görüşdə qaldırılan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlər barəsində isə lazimi göstərişlər verilib.
Görüşdə, o cümlədən, Vətən Müharibəsi şəhidi Sahib Musayevin xalqımıza əmanət qalan övladı Ülvi Musazadənin doğum günü qeyd olunub, xatirə şəkili çəkilib.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi şəhidi Vidadi Zalovun anadan olmasının 40 illiyi münasibəti ilə onun ailə üzvləri ilə birgə şəhidin məzarını ziyarət edib. Şəhidimizin keçdiyi döyüş yolundan söz açılıb, göstərdiyi qəhrəmanlıqlardan danışılıb. RİH başçısı şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, dövlətimizin daima onların yanında olduğunu bir daha diqqətə çatdırıb.
***
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova şəhid Ülvi Rəhimovun anadan olmasının 23-cü illiyi münasibəti ilə onun ailə üzvləri ilə görüşüb, onlarla birgə şəhidimizin məzarını ziyarət edərək qəhrəmanımızın əziz xatirəsini anıblar.
***
Abşeron rayonunda növbəti səyyar vətəndaş qəbulları keçirilib. Vətəndaşların müraciətlərinin yerində və operativ həlli ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Güzdək, Qobu, Saray və Ceyranbatan qəsəbələrində baş tutan qəbullarda qəbullarda RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak edib.
Səyyar qəbul və görüşlərdə RİH başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsindən, qısa zaman keçməsinə baxmayaraq keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara qayıdışından, soydaşlarımız uzun müddət həsrətində olduqları öz dədə-baba yurdlarına qovuşmasından danışıb. Abdin Fərzəliyev ordumuzun gücündən danışarkən bildirib ki, Silahlı Qüvvələrimiz bundan sonra da düşmənin törədə biləcəyi bütün hərbi təxribatların qarşısını vaxtında almağa və layiqincə cavablandırmağa qadirdir.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.





Chosen
11
5
aia.az

6Sources