EN

Bu il klublarımızın Avropadakı şansları nə qədərdir? - RƏY

Bu mövsüm 4 klubumuz avrokubokların təsnifat mərhələlərində iştirak edir. 

Onlar, "Qarabağ", "Zirə", "Sabah" və "Araz-Naxçıvan"dır. Maraqlıdır, bu komandaların neçə qrup mərhələsinə yüksələ bilər? 

Mövzu ilə bağlı futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, bunu bilməkdən ötürü mütəxəssis olmağa ehtiyac yoxdur:

"Hamı bilir ki, "Qarabağ"ın qruplarda iştirak etmək şansları indi daha yüksəkdir. Mənə elə gəlir ki, Ağdam klubu uzun illərdir Avropada yol qət etdiyi üçün artıq avrokuboklarda liqa mərhələsinə düşmək ehtimalı çox yüksəkdir. 

Çünki sonrakı mərhələlərdə reytinq olaraq aşağı sıralarda olan rəqiblər düşür. Bu isə komandamızı mütəmadi olaraq bu mərhələdə iştirak etməsinə imkan yaradır. Yəni "Qarabağ" özündən güclü rəqiblə düşməyəcək". 

378197

Onun sözlərinə görə, digər komandalarımız isə belə uzunmüddətli yolu qət etmədiklərinə və Avropada təcrübələri olmadığına görə şansları daha azdır:

"Nəzərə almaq lazımdır ki, "Zirə", "Sabah" və "Araz-Naxçıvan" yaxın keçmişdə formalaşıblar. Uzun müddətdir Avropada çıxış edən klublar deyillər. 

Ona görə də bu klublar ilkin mərhələlərdə daha güclü rəqiblərlə qarşılaşırlar. O rəqibləri keçmək də çətin olur. Dolayı yolla bu il cəmi 1 komandamızın Avropada çıxış edəcəyini düşünürəm. Digərləri üçün isə bu həddindən artıq çətin bir yola bənzəyir".

Lakin Aslan Kərimov gələcəkdə bu vəziyyətin dəyişə biləcəyini istisna etməyib:

"Qısa zaman ərzində yaxşı komanda formalaşdırıb daha sonra Avropada iştirak edə-edə qrup mərhələsinə 2 il ardıcıl düşsələr, reytinq ballarını yığararaq özlərindən zəif komandalarla düşə bilərlər. 

Bunu bacarsalar, gələcəkdə daha yaxşı şanslarımız olar. Üstəlik, builki rəqibləri keçmək çox çətindir. Bunları keçsələr belə daha güclü rəqiblərlə düşəcək. Ona görə yenə də liqa mərhələsində sadəcə "Qarabağ"la təmsil olunacağımızı düşünürəm".

Pərviz

Chosen
28
hit.az

1Sources