EN

Formula 1: Azərbaycan Qran Prisi üçün tamaşaçı sayı artırıldı

Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün pit və komanda binalarında martın 16-dan başlanan tikinti işləri tam sürətlə davam etdirilir.

Teleqraf-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Tikinti şöbəsinin meneceri Sübhan Manafzadə açıqlama verib.

O, işlərin 80 faizini bitirdiklərini bildirib. Manafzadə trekdə işlərin iyulun sonları - avqustun əvvəllərində başlanılmasının nəzərdə tutulduğunu əlavə edib: "Bu, əvvəlki illərlə müqayisədə 12 həftədən 6 həftəyə endirilib. Nəzərə almışıq ki, şəhərboyu tikinti zamanı həm nəqliyyata, əhalinin asudə vaxtlarına, rahatlığına maneə yaratmayaq. Buna görə işlərin müddətini mümkün qədər qısaltmağa və daha tez icra etməyə çalışdıq".

Manafzadə işlərə ümumilikdə 1500 - 1700 insanın cəlb olunduğunu diqqətə çatdırıb: "Əksər kontraktorlar, podratçılar və işçilər yerli şirkətlərdən ibarətdir. Son 10 ildə bütün xarici kontraktorları dəyişdirmişik və işləri yerli şirkətlərə həvalə etmişik. Builki prioritet istiqamət ondan ibarətdir ki, trekin quraşdırılması və söküntüsünü ən qısa müddətdə, ən rahat şəkildə edə bilmək üçün toplam 3 000 beton baryerin təxminən 60 faizi yeni növ sistemlə əvəzlənib. Bu da öz növbəsində bizə imkan verəcək ki, bütün treki keçənilki tarixlərdən daha tez bitirə bilək".

O, paddok daxilində 2 yeni bina və tribunanın tikiləcəyini də söyləyib: "Bunlardan biri ümumi idarə heyətinin binası, digəri F1 məhsuludur. Ötən illə müqayisədə 18 000 nəfərlik tamaşaçı tribunaları bu il 20 000 nəfərə çatdırılıb. Bu, mövcud tribunalara əlavələrlə və iki yeni tribuna sayəsində əldə olunub.

Chosen
28
teleqraf.com

1Sources